Bakı. Trend:
Qazax rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Quşçu Ayrımkəndində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 4 otaqlıevin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğındanmühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.