EN

İranda prezident seçkilərində səsvermə başa çatdı

İranda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb və səslərin hesablanmasına başlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

“Gecə yarısından sonra (Bakı vaxtı ilə saat 00:30) seçki məntəqələri bağlanıb, qutular açılıb və səslərin hesablanması başlanılıb”, - deyə qərargahın nümayəndəsi bildirib.

Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi, lakin istilər və seçici növbələri səbəbindən səsvermə vaxtı üç dəfə uzadılıb. İranda növbədənkənar prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da vəfatı ilə əlaqədar keçirilib.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır: parlamentin spikeri Məhəmməd Bağır Qalibaf, İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi (hamısı mühafizəkarlar) və keçmiş səhiyyə naziri Məsud Pezeşkian (islahatçı). (modern.az)

Chosen
133
5
turkustan.az

10Sources