Bakıda 17 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Xətai rayonunda iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Rza Elşən oğlu Əliyev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.