50 illik musiqi karyerasına son qoymağa qərar verən 5 qat Grammy mükafatlı müğənni Elton Con Entertainment Tonight-a danışıb.
News24.az xəbər verir ki, 77 yaşlı əfsanəvi sənətçi həyat yoldaşı və oğulları ilə daha çox vaxt keçirmək istədiyi üçün bundan sonra qastrol səfərlərinə getməyəcəyini açıqlayıb.
Son turunu 2023-cü ilin iyulunda İsveçin Stokholm şəhərində başa vuran məşhur ad səhnəyə qayıdıb-qayımayacağı sualına cavab verib.
"Xeyr" deyən Elton Con və əlavə etdi: "Oğullarımız var, bilirsiniz, onlar indi yeniyetməlik dövrünə qədəm qoyurlar. Biz heç nəyi əldən vermək istəmirik. Bunun üçün onların yanında olmaq istəyirik. Məncə, bu illər uşağın həyatında vacib illərdir".
Şanlı karyerası olan müğənninin son dünya turnesi “Fewell Yellow Brick Road” Şimali Amerikada 10 sentyabr 2018-ci ildə başlayıb və 8 iyul 2023-cü ildə İsveçdə yekunlaşıb.
Günel Məlikzadə