Bakı. Trend:
Gəncədə üç nəfər yanıq xəsarəti alıb.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regionalqrupundan məlumat verilib.
Bildirilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhərsakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminindəiçərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ciil təvəllüdü Muraz Namazovun üzərinə atıb.
Hadisə nəticəsində Muraz Namazov, tanışları, 1993-cü iltəvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü NiyaməddinKazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanayayerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərləhadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqatəhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.