EN

30 İyun – Sevgililər Günüdür

Bayramın ideya müəllifi Əvəz Zeynallı: “Biz bu günü yaratmaqla dəyərlərimizə dəyər qatdıq!…” 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Bakıya girməyi ilə baş verən qətliam günü İlham, həyat yoldaşı Fərizəni anasının evinə apararaq onun güvənli bir yerdə olduğuna əmin olur. Daha sonra işğalçı orduya qarşı savaşmaq məqsədilə evi tərk edir və şəhid olur. Fərizə, bu xəbəri aldıqda çox sarsılır. Hamilə olmağına baxmayaraq İlhamsız yaşaya bilməyəcəyini deyərək intihar edir. Hal-hazırda ikisi də, Fərizənin ilk dəfə görəndə çox bəyəndiyi və “Kaş burada evimiz olsaydı, bütün Bakı ayaqlarımızın altındadır” dediyi Dağüstü Parkda dəfn olunub. Bu iki aşiqin evlilik günü Əvəz Zeynallının təşəbbüsü ilə 2003-cü ildən etibarən Azərbaycanda 30 İyun Sevgililər Günü olaraq qeyd olunur. Biz sevə və sevdiyimiz uğrunda ölə bilirik!

Chosen
44
xural.com

1Sources