EN

Rus əsgərlər arasında vəba və tif xəstəliyi geniş yayılıb -“Bild“

Rusiyanın Ukraynadakı hərbi qüvvələri arasında tif və vəba kimi təhlükəli xəstəliklər geniş yayılıb.

News365.az xəbər verir ki, bu barədə məşhur "Bild" nəşri məlumat yayıb. Sayt ekspert Yulian Röpkeyə istinad edib. Qeyd edilir ki, sosial şəbəkələrin Rusiya seqmentində tif və vəba xəstəliyinin yayılmasından yazmağa başlayıblar. Məsələn, “Dva Mayor” kanalı yazır ki, Xerson vilayətində bu xəstəliklər artıq ölümcül nəticələr verir və xəstələrin sayı durmadan artır.

Hər iki xəstəlik antisanitariya səbəbindən və içməli suyun olmamasından yayılır. Hətta riusların anomal istilər və içməli su çatışmazlığı səbəbindən təslim olmağa məcbur olmaları də bildirilir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
news365.az

1Sources