Premyer Liqanın növbəti mövsümünə hazırlaşan «Araz-Naxçıvan»ın büdcəsi atrıb.
Muxtar Respublika mənsubu buna yeni sponsorlarla anlaşmaqla nail olub.
Zaur Axundova məxsus «Samaya» şirkəti əsas tərəfdaş kimi kluba xidmət etməyə davam edəcək.
Bu sarıdan heç bir problem yoxdur – tanınmış iş adamı ötən il olduğu kimi, qarşıdakı sezonda da ona doğma bölgənin təmsilçisinə maddi-mənəvi dəstək verəcək.
Həmçinin Naxçıvana bağlı bir neçə şirkətldə razılaşma əldə edilib. Onların adları yaxın günlərdə açıqlanacaq.
Bu sıraya sənaye, sağlıq və qida sektoru üzrə ixtisaslaşmış şirkətlər daxildir.
SPORTİNFO.AZ