EN

İranda ikinci tura çıxmış prezidentliyə namizədlər debata çıxacaq

Məsud Pezeşkiyan və Səid Cəlili iyulun 5-də keçiriləcək seçkilərin ikinci turu öncəsi bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.

Azpost.info bildirir ki, bu barədə İranın dövlət telekanalı-İRİB məlumat yayıb.

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-də keçiriləcək. Seçki bürosu dörd namizəddən heç birinin tam qələbə qazanmadığına görə, ikinci tur elan edib.

Keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan və İranın nüvə danışıqları üzrə sabiq nümayədəsi Səid Cəlili 5 iyul 2024-cü ildə keçiriləcək seçkilərin ikinci turunda iştirak edəcəklər.

İran Milli Televiziyası şənbə günü verdiyi açıqlamada bildirib ki, ilk debat bazar ertəsi saat 21:30-da, ikinci debat çərşənbə axşamı saat 21:30-da keçiriləcək.

İran Milli Televiziyası həmçinin bildirib ki, iki namizədin sənədli filmləri ilə yanaşı, onların kampaniyaları çərçivəsində ictimaiyyətə çıxışları da yayımlanacaq.

Chosen
202
azpost.info

1Sources