Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulda Azərbaycana səfər edəcəyi gözlənilir.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısına dair məlumatda onun 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcəyi bildirilir.
İyulun 6-da isə o, iyulun Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılacaq.