EN

Spalletti İsveçrəyə məğlubiyyətin məsuliyyətini üzərinə aldı

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün 1/8 finalında İsveçrə yığmasına məğlub olduqları oyunu şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir ki, italyan mütəxəssis Avropa çempionu adını daşıyan komandasının bərbad oyunu müqabilində 0:2 hesablı məğlubiyyətində məsuliyyəti öz üzərinə götürüb:

“Baş vermişlərə görə məsuliyyət daşıyıram: komandanı mən seçmişəm. Bu, oyunçularla tanış olduğum prosesin bir hissəsidir. Bugünkü oyunumuzdan razı deyiləm. İspaniya yığması ilə oyundan da razı deyiləm. Qalan iki oyundan qismən razı qaldım. Mən onlara istirahət verdim və heyəti dəyişdim, halbuki əvvəlki oyunda tezliyi yüksək səviyyədə saxlamalı olduğumuz üçün kifayət qədər dəyişiklik etmədiyimdən özümü qınayırdım.

Bu, prosesin bir hissəsidir. Bütün digər məşqçilərin bu Avropa çempionatına qədər 20 oyunu vardı, mənim isə cəmi 10 oyunum olub və biz daima atəş altında idik – “qazanmalısan, qalib gəlməlisən”. Ola bilsin ki, komandamı daha yaxşı tanımalıyam ki, onu daha yaxşı kökləyə bilim. Güvəndiyim bir neçə futbolçumuz da zədəli idi”, deyə Spalletti məyusluqla bildirib.

Beləliklə, İsveçrə yığması 1/4 finala yüksəlibsə, “skudra adzurra” evə gedir.

Chosen
156
arena.az

1Sources