EN

Ərdoğan Azərbaycanla bağlı olan sənədə düzəliş etdi - İyulun 1-dən etibarən...

Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmana düzəliş edilib.

QAZÌLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.

Dəyişikliyə görə, içkilər daxil olmaqla bir sıra içəcəklərin 15 000 hektolitr kvota daxilində baza tarif dərəcəsinin 100 % azaldılması nəzərdə tutulub.

Fərman iyulun 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, mayın 10-da Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılmışdı.

Chosen
113
30
qaziler.az

10Sources