EN

Almaniyanın silah ixracı artdı: Ukrayna üçün...

Almaniyanın silah ixracı ötən illə müqayisədə xeyli artıb.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“Ötən il rekord sayda silah ixracından sonra, 2024-cü ilin birinci yarısında Ukraynaya silah tədarükünün daha da artması səbəbindən ixrac lisenziyalarının sayı yenidən əhəmiyyətli dərəcədə artıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, yanvarın 1-dən iyunun 18-dək Almaniya hökuməti ən azı 7,48 milyard avro dəyərində hərbi malların xaricə tədarükünü təsdiqləyib. 2023-cü ilin birinci yarısı ilə müqayisədə bu rəqəm 30% artıb. İxracın demək olar ki, üçdə ikisi Ukrayna üçün nəzərdə tutulub.

Chosen
45
18
axar.az

10Sources