Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının yeni mahnısı təqdim olunub.
R.Dağlının instaqram hesabında bildirilib ki, mahnı o, həbs olunmamışdan əvvəl yazılıb:
"Şairin yarım qalmış mahnısı. Sanki öz həyatını yazıb. Həbs olunmamışdan əvvəl".
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.