EN

Tərtərdə minik avtomobili yanıb

Tərtər rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, rayonun Hacıqərvənd kəndində ümumi sahəsi 175 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və talvarın altında dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
76
21
day.az

10Sources