Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti bahalaşıb.
Missiya.Az xəbər verir ki, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manatdan 1 manat 10 qəpiyə qalxıb.
Qeyd edək ki, ölkədə Aİ-92 markalı benzinin qiymətinin bahalaşacağı barədə məlumatlar xeyli əvvəldən yayılmışdı.
Xatırladaq ki, Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti Tarif(qiymət) Şurası tərəfindən tənzimlənir. Digər markalı benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır.