EN

Almaniya silah ixracını artırdı

2024-cü il yanvarın 1-dən iyunun 18-dək Almaniya rekord məbləğdə 7,48 milyard avroluq silah ixracını təsdiqləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

Axar.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, 4,88 milyard avro dəyərində bu ixracın təxminən 65%-i Ukraynaya yönəldilib:

"Digər əsas idxalçılar arasında krallığın Yəməndəki döyüşlərdən çəkilməsindən sonra silah almağa başlayan Səudiyyə Ərəbistanı və Berlin bu ölkəyə silah ixracına qoyulan məhdudiyyətləri yüngülləşdirib. 2023-cü ildə Almaniya hökuməti əsasən Ukraynaya göndərilən yardımdan 12,2 milyard avro satışa icazə verərək silah ixracı üzrə yeni rekorda imza atıb".

Chosen
74
3
axar.az

10Sources