EN

Türkiyədə 42 qanunsuz miqrant xilas edilib

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonu sahillərində 42 qanunsuz miqrant xilas edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Haber"ə istinadən xəbər verir ki, qanunsuz miqrantların olduğu qayıq nasazlıq səbəbindən dənizdə qalıb.

Sahil Təhlükəsizlik Xidməti 42 qanunsuz miqrantı xilas edib, onlardan 23-ü uşaqdı.

Qanunsuz miqrantlar daha sonra repatriasiya mərkəzinə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
operativmm.az

1Sources