“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı zamanı qarşılaşacağı iki rəqibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi “Viktoriya”(Plzen) ilə qarşılaşacaq.
Matç iyulun 9-da baş tutacaq. Ağdam təmsilçisi həmin gün daha bir oyun keçirəcək.
Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Kayzerslauten” önünə çıxacaq.
"Qarabağ" iyunun 18-də paytaxtdakı hazırlıqlarına start verib. Toplanışın ikinci mərhələsi iyulun 5-dən 17-nə qədər Avstriyada baş tutacaq.