EN

"Matrix Oasis" turizm şirkəti vətəndaşa 6 600 manat zərər vurub - ŞİKAYƏT

Vətəndaş Ziya Məmmədov "Matrix Oasis" turizm şirkəti tərəfindən aldadılması iddiası ilə bağlı saytımıza müraciət edib.

O "Unikal"a bildirib ki, 2024-cu ilin mart ayında "Matrix Oasis" şirkətindən iki böyük, iki uşaq olmaqla Türkiyənin Bodrum şəhərinə 01.07.2024 - 08.07.2024-cü il tarixləri üçün tur paket alıb. Onun sözlərinə görə, qeyd olunan tur paketə otel və qidalanma daxil olub:

"Məbləğ tam ödənildikdən sonra biletlər şirkət əməkdaşı Şəfiqə Fərzəliyeva tərəfindən bizə təqdim edilib. Səfərdən bir gün əvvəl həmin şirkətdən tur paket almış qonşum (onlar 30.06.2024-cü il tarixdə Alanya şəhərinə getməli idilər) zəng edərək tur paketlərin ləğv olunduğunu bildirdi. Bundan sonra şirkətin əməkdaşı Şəfiqə xanımla əlaqə saxladım. O, şirkətdən çıxdığı üçün bütün rezervasiyaların ləğv olunduğunu söylədi. Daha sonra özünü şirkətin rəhbəri kimi təqdim etmiş Nuridə xanım Şəfiqənin yalan danışdığını, onun rezervasiya edilən bilet və otellər üçün məbləğin cəmi 30 faizini ödədiyini, qalan məbləği isə ödəyəcəyinə söz versə də, bu vaxta qədər ödəmədiyini və həmin səbəbdən Şəfiqənin rezervasiya etdiyi bütün bilet və otellərin ləğv olunduğunu deyib. Nuridə xanım əməkdaşı Şəfiqəni polisə şikayət edəcəyini qeyd edib və onu şirkətdən işdən çıxardığını vurğulayıb. Nuridə xanım bir neçə dəfə Şəfiqəyə xəbərdarlıq etdiyini, amma onun bunlara məhəl qoymadığını söyləyib. Bu barədə onun anasına da məlumat verib. Şirkət rəhbəri bu halla tək bizim qarşılaşmadığımızı, bir neçə nəfərin Şəfiqədən şikayət etdiyini bildirib. Dəfələrlə Şəfiqə xanımla telefonla əlaqə saxlayıb verdiyimiz məbləğin geri ödənilməsini tələb etmişəm. Əks təqdirdə polisə müraciət edəcəyimizi də diqqətə çatdırmışam".

Onuda qeyd edək ki, Z.Məmmədov adıçəkilən şirkətə 6600 manat ödəniş etdiyini vurğulayıb.

Seymur Əli

Chosen
135
50
unikal.az

10Sources