Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün 1/8 finalında İngiltərə yığmasına məğlubiyyəti (1:2) şərh edib.
Arena.az xatırladır ki, qarşılaşma boyu inamlı oyunu ilə diqqət çəkən Slovakiya yığması hesabda üstünlüyünü oyuna artırılmış təzminat müddətində əldən verib, əlavə vaxtda isə 1:2 hesablı məğlubiyyətə üzülüb.
“Qürur duyuram, biz dünya səviyyəli komandaya və yarışın favoritlərindən birinə qarşı gözəl oyun oynadıq. Əlavə vaxtın yarısını meydanın rəqibə aid hissəsində keçirdik. Komandamla fəxr edirəm.
Bir daha demək istəyirəm ki, komandamla fəxr edirəm. Mən onlara, əla iş gördüklərini, fantastik olduqlarını dedim. Bütün rəqiblərimizlə bərabər idik, hücum futbolu oynadıq və qol vurmaq imkanlarına malik idik. Mən onlarla çox fəxr edirəm. Onlar, əlbəttə ki, çox məyus oldular, çünki biz qalib gəlməyə çox yaxın idik, amma bu, futboldur. Bu futbolçuları çalışdırmaqdan qürur duyuram. Meydanda fərq yaratdılar, onlara sahib olduğum üçün isə çox minnətdaram”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.
Beləliklə, Slovakiya yığması fəxrlə evə qayıdır. Yarışın 1/4 finalına yüksəlmiş İngiltərə yığması isə bu mərhələdə İsveçrə yığması ilə qarşılaşacaq.