Aktual.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko bildirib.
"Ən son arqument və çəkindirici rol oynayan tezislərdən biri də qeyri-strateji nüvə silahlarının ölkəmizin ərazisinə qaytarılmasıdır. Bu silahlardan necə istifadə etməyi öyrənmişik. Biz onu necə tətbiq edəcəyimizi bilirik. Siz isə arxayın ola bilərsiniz: əgər ölkəmizin suverenliyinə və müstəqilliyinə təhlükə yaranarsa, bunu edəcəyik", - Muraveyko qeyd edib.