Bakı. Trend:
Sumqayıtda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb.
Trend xəbər verir ki, hadisə10-cu mikrorayonda yerləşən binalardan birində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Kənan Fuad oğlu Həsənov 7-cimərtəbədə yerləşən mənzilin pəncərəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.