EN

İsveçrədə daşqınlar və torpaq sürüşməsi 4 nəfərin həyatına son qoydu

İsveçrənin cənubundakı Valais və Tiçino kantonlarında baş verən daşqın və torpaq sürüşmələri nəticəsində 4 nəfər həyatını itirib, 1 nəfər isə itkin düşüb.
Valais və Tiçinoda yağan aramsız yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.
Tiçinodakı Maggia vadisində baş verən torpaq sürüşməsi ilə bağlı açıqlama verən kanton polisi 3 nəfərin həyatını itirdiyini, 1 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Açıqlamada vadidəki körpünün su altında qaldığı, oradakı düşərgədə olan insanların helikopterlə təxliyyə edildiyi qeyd edilib.
Valais kantonunda tüğyan edən fırtına nəticəsində isə itkin düşən bir nəfərin meyitinin tapıldığı bildirilib.
Hər iki kantonda baş verən təbii fəlakətlər nəticəsində binalara və nəqliyyat vasitələrinə ziyan dəydiyi qeyd edilib.
İqlim dəyişikliyinə görə yaşanan leysan yağışları və qar əriməsi Alp dağlarının bəzi yerlərində daşqınlar və ölümlə nəticələnən torpaq sürüşmələrinə səbəb olub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
trt.net.tr

1Sources