![İzmirdə](/uploads/posts/2024-07/gozalti-1475487_1.jpg)
Türkiyənin İzmir şəhərində terror təşkilatı İŞİD-də qarşı əməliyyat keçirilib.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir şəhər Jandarma Komandanlığı məlumat yayıb.
Bildirilib ki, əməliyyatla 9 şübhəli qandallanıb: "Saxlanılanların iş yerləri və mənzillərində axtarış zamanı içərisində qadağan olunmuş nəşrlər olan rəqəmsal materiallar və sənədlər ələ keçirilib".
E.ARAZ
Reyting.az