Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün turnirin B qrupunda mübarizəyə yekun vurulub.
Venesuela millisi Yamayka yığması ilə qarşılaşıb. Venesuela rəqibini 3 cavabsız qolla üstələyib.
Günün digər oyununda Meksika millisi Ekvadorla üz-üzə gəlib. Bu görüş qolsuz bitib.
Bu nəticələrdən sonra Venesuela (9 xal) və Ekvador (4 xal) komandaları 1/4 finala vəsiqəni təmin ediblər. Meksika və Yamayka yığmaları üçün isə mübarizə erkən başa çatıb.
Növbəti mərhələdə A qrupunun birincisi Argentina B qrupunun ikincisi Ekvadorla üz-üzə gələcək. Digər qarşılaşma isə A qrupunun ikincisi Kanada ilə B qrupunun birincisi Venesuela arasında baş tutacaq. Argentina – Ekvador matçı iyulun 4-də, Venesuela – Kanada qarşılaşması isə 5-də keçiriləcək.
Qeyd edək ki, Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Sabah C qrupu çərçivəsində Boliviya yığması Panamanı, ABŞ millisi isə Uruqvayı sınağa çəkəcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 05:00-da start veriləcək.
Amerika Kuboku
B qrupu
1 iyul
Yamayka – Venesuela 0:3
Qollar: Eduard Bello, 49. Salomon Rondon, 56. Erik Ramires, 85.
Meksika – Ekvador 0:0
Xallar: Venesuela – 9. Ekvador – 4. Meksika – 4. Yamayka – 0.