EN

Həbib Nurməhəmmədovun 300 milyon borcu var?- İdmançının hesablarına HƏBS QOYULDU

Rusiyanın Federal Vergi Xidməti məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.

Azpost.info xəbər verir ki, qurum idmançının xeyriyyə fondunun hesablarındakı vəsaiti də bloklayıb.

Həbsə səbəb Nurməhəmmədovun 300 milyon rubldan çox borcunun olmasıdır.

İdman karyerasını başa vuran Həbib Nurməhəmmədov özünü biznesdə sınamaq qərarına gəlib. O, müxtəlif istiqamətlərdə bir neçə şirkət açdı – idmançılar üçün qida məhsullarının satışından Eagle FC döyüş liqasının təbliğinə qədər. Nurməhəmmədov özünü restoranlar şəbəkəsinin, turizm agentliyinin sahibi kimi də sınayıb və hətta BƏƏ-də startapa sərmayə qoyub.

İdmançının ailəsi və komandası milyonlarla dollar borcu ilə bağlı məlumatı təkzib edib. Həbibin əmisi mətbuatın yaydığı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Azpost.info

Chosen
119
azpost.info

1Sources