EN

Ekspert: İnnovativ yeniliklərindən xəbərdar olamayan müəllim şagirdlərinə heçnə verə bilməz

Valideyn öz övladının məktəb proqramını anlamırsa, burada bir uyğunsuzluq var.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

“İndiki çağırışlara uyğun olan innovasiyalar tətbiq etməliyik. Sovet dövründə valideyn özü hansı tədrisə yiyələnmişdisə, övladı da eyni təhsili alırdı. Buna görə də valideyn rahat şəkildə öz övladının dərsləri ilə məşğul olurdu. Lakin indi ibtidai sinifdə verilən bəzi anlayışları bəzi müəllimlər heç ali məktəbdə belə keçməyiblər. Burada bir uyğunsuzluq var. Biz bunu tənzimləməliyik. Çünki belə olan halda hansısa üçüncü şəxslər, yəni repetitorlar uşaqların tədris həyatına daxil olur" – o qeyd edib.

DİM sədri qeyd edib ki, hazırda tətbiq edilən müqayisəli qiymətləndirmə metodu ilkin illərdə uyğunsuzluğa səbəb olurdu:


Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, Avropada təhsil sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni nəslin inkişafında ibtidai təhsil əhəmiyyəti rol oynayır:

“Çox təəssüflər olsun ki, 202-2024-cü ildə Elm və Təhsil nazirliyi tərəfindən keçirilən ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları bizim təhsil verənlərimizdə ciddi problemlərin olduğunu göstərdi. Son illər məktəbəqədər təhsildən başlamış təhsilin bütün pillələrində tədris akademik və test sınaqlara hədəflənib ki, bunun da tez-tez mənfi nəticələri  baş verir. Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o,pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllim uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Həmçinin müəllimin üçün bir sıra sahələri bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalıdır. İbtidai siniflərdə müasir dövrün tələbinə uyğun olaraq tətbiq edilməli olan innovasiya yeniliklərə açıqlığı, sərbəst yanaşmanı, komanda ilə işləməyi, ünsiyyət bacarıqlarını, özünə inamı, tez qərar verməyi və həll yönümlü yanaşmanı dəstəkləyən şagird yetişdirməyi ehtiva edir. Amma bizdə mövcud vəziyyət ibtidai siniflərdə təhsilverənlərin özlərində bu bacarıqların olmadığını açıq şəkildə göstərdi.
Hər birimiz ibtidai təhsili bünövrə adlandırırıq. Çünki məktəbəqədər təhsildən sonra uşağın daha məsul dövrü, ətraf aləmə, mənəvi dəyərlərə inteqrasiyası, meyil-maraqlarının, dünyagörüşünün formalaşması başlanır, potensial imkanları, psixoloji və xarakter xüsusiyyətləri üzə çıxarılır. Bir sözlə, ibtidai təhsil uşağın dəyərini qiymətləndirən sanki bir məhək daşıdır. Uşağın növbəti səviyyələrdə təhsilinin uğuru birbaşa ona verilən ibtidai təhsilin keyfiyyətindən çox asılıdır. Bir qədər sərt səslənsə də, millətin intellektual genefondunun formalaşmasında ibtidai təhsilin rolunu heç nə ilə əvəz etmək olmaz. Düzdür, bu gün də ölkəmizdə peşəkar, müasir tələblər yönümündə çalışan ibtidai sinif müəllimləri xeyli saydadır. Lakin onu da etiraf etmək lazımdır ki, qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər də az deyildir. Fikrimcə, mövcud vəziyyətə bəzi hallarda yerli təhsil orqanlarının seyrçi mövqedə durması, ötəri münasibət göstərməsi, müsbət mənada fərqlənməyən müəllimlərin fəaliyyətlərini prinsipiallıqla araşdırıb qiymətləndirməməsi, onları yaxşılarla bir sırada tutmaları qətiyyən yolverilməzdir. Mütəmadi olaraq IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri təhlil və müzakirə edilir, mənfi göstəricilər nəzərə çatdırılır".
 
Ekspert qeyd edib ki, digər obyektiv cəhətlər olsa da, zəif, qeyri-məqbul nəticələr, həqiqətən, həmin uşaqların vaxtilə təhsil aldığı ibtidai siniflərdən qaynaqlanır:
"Şagird normal ibtidai təhsil almayıbsa, hətta yazıb-oxumaqda, hesablamada ciddi çətinlikləri varsa, yuxarı siniflərdə onun keyfiyyətli təhsil almasından danışmaq çətindir. Elm, təhsil mütəmadi olaraq yenilənir. İxtisası ilə bağlı bütün yeniliklərdən xəbərdar olmalıdır. Əgər müəllim müasir dövrün innovativ yeniliklərindən xəbərdar olamayacaqsa, o şagirdlərinə heçnə verə bilməz. Çox vaxt məktəb liderləri dixotomiya yaradırlar: ya şagirdlər, ya da müəllimlər inkişaf edə bilərlər, amma hər ikisi  deyil. Əksi doğrudur. Tədqiqatlar göstərir ki, təhsilalanları uğura aparan yeganə davamlı yol məktəblərdir, məhz burada  müəllimlər və şagirdlər inkişaf edir.  Təlim və tərbiyə prosesində müəllim nüfuzu olmadan keçinmək mümkün deyil. Ancaq bu nüfuz dağıdıcı yox, yaradıcı olmalı, uşaq şəxsiyyətinin bərqərar olmasına, ona potensialını reallaşdırmağa kömək etməlidir. Haqlı nüfuz qazanmış adamın dedikləri daha tez və yaxşı mənimsənilir. Mütəmadi olaraq DİM-in qəbul imtahanlarında dəyişiklik etməsi məhv təkcə meəllimləri yox, həm də valideyinləri də müasir təhsüil çağırışlarından xəbərdar olamağa məcbur edir. Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edirlər, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verirlər. Bu çox ağır vəziyyətdir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn,müəllimlərimizin bir çoxu hələ də kompyuterdə işləmək bacarığına malik deyil. Əgər bir müəllim komputerlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, bu şagirdə nə dərəcə də bilik verə bilər? Bundan başqa indi dünya üzrə yeni metodikaların bəzilər kompyuter vasitəsilə həyata keçirilir. Əgər dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir. Müasir müəllimlərimiz çoxdur. Sevindirici haldır, bəzən yaşlı nəsil elə bir müasir dərs tədris edir ki, insanı valeh edir. Savadlı müəllim şagirdə hazır bilikləri verməməli, onun beynində fikrin meydana gəlməsinə,yaranmasına kömək göstərməlidir. Ümumiyyətlə,artıq yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər”.
Chosen
225
1
sherg.az

2Sources