EN

“Moskva danışıqlara açıqdır, amma…” – Peskov Rusiyanın şərtini açıqladı

Rusiya Ukrayna ilə bağlı istənilən dialoqa, o cümlədən vasitəçilərin iştirakı ilə, lakin məqsədinə nail olmaq şərti ilə açıqdır”.

Medianews.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Federasiyası qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən təmaslara, istənilən dialoqa açıqdır. Prezident bu açıqlığı qoruyur, bu barədə dəfələrlə danışıb”, – Peskov qeyd edib.

Daha əvvəl “Philadelphia Inquirer”ə müsahibə verən Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya prezidenti ilə danışıqların yeganə variantı Qara dəniz taxıl dəhlizinin müzakirəsi və yaradılması zamanı olduğu kimi vasitəçilərdən istifadə etməkdir.

Ayşən

Chosen
125
medianews.az

1Sources