Türkiyədə elektrik enerjisi tarifləri təxminən 40% artacaq.
Referans.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumu məlumt yayıb.
Bildirilib ki, əhali üçün elektrik enerjisi haqqı 38%, kənd təsərrüfatı müəssisələri üçün 30% artacaq.
Yeni tariflər 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.