EN

Bakı-Qazax yolunda ağır qəza: Ölən və yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisənin baş verməsinə səbəb KIA markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub.
Qəza nəticəsində bir nəfər - sürücünün həyat yoldaşı hadisə yerindəcə həyatını itirib.
Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-ın faktı təsdiqlədi.
Onun sözlərinə görə, hadisə Bakı-Qazax yolunun 213-cü km-də baş verib:
"KIA markalı 99-XK-874 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək maşını beton baryerlərə vurub. Hadisə nəticəsində avtomobildə olan sürücü və bir sərnişin xəsarət alıb, digər xanım sərnişin isə dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır".
Əzizə İsmayılova
Chosen
103
50
oxu.az

10Sources