EN

Bakalavr və magistr olmaq istəyənlərin NƏZƏRİNƏ: "Bu il plan yeri..."

Ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunmaq istəyən bakalavrların ixtisas seçimi prosesində Azərbaycan bölməsi üzrə 14360, rus bölməsi üzrə 1275 , ümumilikdə 15635 ərizə təsdiqlənib.

Gundem.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

“Statistika göstərir ki, bu il ali məktəblərdə kifayət qədər, magistratura pilləsi üzrə isə azı 2 minə qədər plan yeri boş qalacaq. Belə ki magistraturaya keçən il ümumi 14081 plan yeri ayrılmışdı. Bu il 15791 plan yeri ayrılıb və keçən illə müqayisədə 1710 yer artıb. Hazırkı magistratura pilləsinə qəbul imtahanının formatı doğru deyil. Həmçinin xarici dil fənnindən esse yazı işinin tətbiqi bakalavrların nəticəsinə təsir göstərib”.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
gundem.az

1Sources