EN

Stoltenberq: "Çin NATO təhlükəsizliyinə meydan oxuyur"

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Çinə təzyiqi artırmaq üçün Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliya ilə əməkdaşlığı dərinləşdirəcək. Onun sözlərinə görə, Pekin Asiya-Sakit okean regionunda alyansın təhlükəsizliyinə meydan oxuyur. 

Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun baş katibi "Yomiuri” nəşrinə müsahibəsində deyib.

"NATO Çini rəqib hesab etmir, lakin bu ölkə bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”, - Stoltenberq bildirib. 

Bundan əlavə, baş katibin sözlərinə görə, Pekin Ukraynadakı hərbi əməliyyatlarda yaranan ehtiyacları üçün Rusiyanın silah tədarükçüsüdür.

Xatırladaq ki, iyunun ortalarında Yens Stoltenberq BBC-yə müsahibə verib və orada NATO-nun Çinə qarşı mümkün sanksiyaları müzakirə etdiyini bildirib. Onun fikrincə, Çin həm Rusiya, həm də Qərblə yaxşı münasibətlər saxlamaqla "iki kresloda oturmağa” çalışır.

Nizami Bağırov
Chosen
207
qaynarinfo.az

1Sources