İspaniyada kurortda 4 nəfəri dalğa aparıb, bir qadın ölüb. Bu barədə "Daily Mail" yazıb.İyunun 28-də axşam turistlər Kanar arxipelaqına daxil olan Fuerteventura adasındakı Ajuy dəniz mağaralarının ərazisində dincəlirmişlər. Bir anda şahə qalxan dalğalar onları çəkərək dənizin dərinliyinə aparıb.Yaşı 18-26 arasında olan qadınlardan 3 nəfəri sağ çıxa bilsə də, digər 32 yaşlı qadın yerli balıqçılar və növbətçi xilasetmə xidməti tərəfindən quruya çıxarılıb. Onlar onu xilas etməyə çalışsalar da, turist qadın həyatını itirib.