EN

Müharibədə ilk: Dronla 276 tonluq hədəfi sıradan çıxardılar

56-cı əlahiddə mexanikləşdirilmiş briqadanın “Ronins” pilotsuz təyyarələri Tokmak yaxınlığında diqqət çəkən əməliyyat reallaşdırıblar. “Defence Express”in yaydığı məlumata görə, PUA-lar yanacaq qatarları daşıyan Rusiyanın teplovozunu vurublar.  

"Zərbə təkcə Ukrayna pilotsuz təyyarələrinin imkanlarını deyil, həm də düşmənin maddi-texniki təminatındakı problemləri nümayiş etdirib", - nəşr yazıb.

O da məlum olub ki, zərbə döyüş xəttinin təxminən 30 kilometr dərinliyində baş verib. Bununla belə, analitiklər belə hesab edirlər ki, bu əməliyyatda qeyri-adi olan PUA-nın rekord qıran uçuş məsafəsi deyil, rusların cəbhədən yalnız 25 km aralıda dəmir yolu xəttindən istifadə etməsinin üzə çıxmasıdır.

“Bu məqamda vurulan hədəfin mahiyyətini təhlil etməyə dəyər. Görüntülərdə gövdə uzunluğu 36 metr olan "2TE116" tipli iki bölməli teplovoz əks olunub. Onların ümumi çəkisi 276 tona çatır. Bu, bizim FPV dronlarımızın vurduğu ən böyük rus hədəfi olub", -Ukrayna mediası yazıb.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
news365.az

1Sources