EN

"Qalatasaray"ın yeni transferi İstanbulda!

Super Liqa təmsilçilərindən "Qalatasaray" yeni mövsüm öncəsi ilk transferini açıqlamağa hazırlaşır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "sarı-qırmızılılar" "Fənərbağça" ilə müqaviləsi başa çatan Mişi Batşuayi ilə anlaşıb.

Belçikalı hücumçu "Qalatasaray"la müqavilə bağlamaq üçün İstanbula gəlib.

Azad agent kimi "Qalatasaray"a keçəcək futbolçunun "aslanlarla" 2027-ci ilə qədər anlaşma imzalayacağı gözlənilir.

Hüçumçu 2022-ci ildə "Çelsi"dən İstanbul klubuna keçib. Son mövsümdə əsas heyətdə yer ala bilməyən Batşuayi "sarı-lacivərdlilər"lə müqavilə yeniləməyib.

Qeyd edək ki, hazırki bazar dəyəri 8,5 milyon avro olan belçikalı Super Liqada "Fənərbağça" forması ilə 79 matça çıxıb, 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
107
2
milli.az

3Sources