EN

Hökümə Kərimova vəzifəyə təyin edilib

"Nar"-ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru vəzifəsinə yeni təyinat olub.

Vəzifəyə Hökümə Kərimova təyin edilib.

“Ümid edirəm ki, şirkətin uğurla davam edən kommunikasiya strategiyasına öz töhfələrimi verəcəyəm. Bu yeni mərhələdə bilik və təcrübəmə arxalanaraq istedadlı komandamız və dəyərli tərəfdaşlarımızla əməkdaşlığı səbirsizliklə gözləyirəm” - deyə H.Kərimova bildirib.

Qeyd edək ki, Hökümə Kərimovadan öncə bu vəzifəni media sahəsində böyük təcrübəsi olan Əziz Axundov icra edib. O, 2024-cü ilin may ayında yeni təklifləri dəyərləndirmək məqsədi ilə Nardan ayrılmışdı.

Chosen
71
16
azpolitika.info

10Sources