EN

Paris 2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək heyətimiz bəlli oldu » AzadMedia.az


Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən, Paris 2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın heyəti müəyyənləşib. İyulun 26-dan etibarən başlayacaq XXXIII Yay Olimpiya Oyunlarında ölkəmizi qürurla təmsil etməyə hazırlaşan cüdoçularımızı diqqətinizə təqdim edirik:

Qadınlar

-48 kq.
Leyla Əliyeva

-52 kq.
Gültac Məmmədəliyeva

Kişilər

-60 kq.
Balabəy Ağayev

-66 kq.
Yaşar Nəcəfov

-73 kq.
Hidayət Heydərov

-81 kq.
Zelim Tçkayev

-90 kq.
Elcan Hacıyev

-100 kq.
Zelim Kotsoyev

+100 kq.
Uşanqi Kokauri


Azərbaycan Cüdo Federasiyası və bütün cüdo ailəsi adından idmançılarımıza Paris 2024 Yay Olimpiya Oyunlarında uğurlar arzulayır və onların şanlı bayrağımızı qürurla dalğalandıracaqlarına inanırıq!
Chosen
68
9
azadmedia.az

10Sources