EN

Digər ölkələrPolşada kimyəvi tullantılar poliqonunda yanğın olub, xəsarət alanlar var

Polşanın Lodz voyevodalığının Volya Laska yaşayış məntəqəsində kimyəvi tullantılar poliqonunda yanğın baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə RMF FM radiostansiyasına yanğınsöndürmə xidmətinin Lodzdakı nümayəndəsi Lukaş Qurçinski məlumat verib.

“İlkin olaraq 6 zərərçəkənlə bağlı məlumatımız var”, - o bildirib.

Nümayəndənin sözlərinə görə, hadisə yerinə 19 yanğınsöndürmə briqadası, həmçinin kimyəvi çirklənmə ilə işləyən xüsusi xilasedicilər qrupu cəlb edilib.

Chosen
26
5
far.az

6Sources