EN

Avropada texnologiya nəhəngi kreditorlara təhvil verilib

Avropada texnologiya nəhəngi kreditorlara təhvil verilib

Maliyyə cəhətdən çətinlik çəkən Fransa İT holdinqi “Atos” bir neçə potensial alıcı ilə razılığa gələ bilmədikdən sonra kreditorların nəzarətinə keçib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, Avropa texnoloji nəhəngi və Fransa texnologiya sektorunun liderlərindən biri üçün problemlər 2021-ci ildə, auditorlar onun ABŞ-dakı iki bölməsinin hesabatlarında uyğunsuzluq aşkar etdikdən sonra başlayıb. Bu müddət ərzində şirkətin səhmləri demək olar ki, dəyərsizləşib və üç il ərzində beş nəfər baş direktor vəzifəsində işləməyi bacarıb."May ayında "Atos" biznesi xilas etmək üçün dörd təklif aldığını elan edib və iyunun əvvəlində potensial investorlar tərəfindən təklif olunan variantlardan birinin seçilməsi ilə bağlı qərarın qəbulu üçün son tarixi təxirə saldı" - deyə "The Wall Street Journal" yazıb. Daha sonra təklif edənlərin sayı ikiyə enib və iyul ayına qədər seçim edəcəklərinə söz veriblər.Nəticədə, keçən həftənin əvvəlində şirkət fransız investor David Layaninin "Onepoint" şirkəti ilə "Butler Industries" və "Atos"un mövcud kreditorları ("Deutsche Bank" və "Barclays" daxil olmaqla banklar və istiqraz sahibləri, o cümlədən ECB və "AG2R Global") ilə konsorsiumda danışıqları məhdudlaşdırıb. Beləliklə iyunun 30-da imzalanmış müqaviləyə əsasən, onlar razılaşdırılmış şərtləri yerinə yetirdikdən, o cümlədən 3,1 milyard avro borcun silinməsindən sonra Atosun kapitalının 74-99,9 faizinin sahibi olacaqlar.

Chosen
114
1
afn.az

2Sources