EN

“İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracağıq”

“Müxalif Leyboristlər Partiyası Böyük Britaniyada keçiriləcək ümumi seçkilərdə qalib gəlsə, İsrail və Səudiyyə Ərəbistanına silah satışını dayandıracaq”.

KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş kölgə xarici işlər naziri, parlamentə yenidən seçilməyə namizəd Fabian Hamilton deyib:

“Silah satışı məsələsinə gəlincə, əgər gələn həftə seçkilərdə qalib gəlsək, İsrailə silah satışını dərhal dayandıracağıq”, – deyə siyasətçi bildirib.

Hamilton əlavə edib ki, Leyboristlər Britaniyanın ən əsas silah müştərisi olan Səudiyyə Ərəbistanına da satışı dayandıracaq.

Bundan əvvəl ölkənin xarici işlər naziri Devid Kemeron bildirmişdi ki, London İsrailə silah satışı üçün ixrac lisenziyalarının verilməsini dayandırmaq niyyətində deyil. Öz növbəsində İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusuna Amerika silahlarının əvvəlki tədarük həcminin bərpası məsələsi yaxın vaxtlarda həll edilməlidir.

Burhan,

KONKRET.az

Chosen
56
17
konkret.az

10Sources