Bakı. Trend:
Ölkə kubokunun finalçısı “Zirə” yeni futbolçu ilə anlaşıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə paytaxt klubu məlumatyayıb.
Ange Mutsinzi Norveçin “Jerv” klubundan transfer olunub.Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.
26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “RayonSports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib.Ange Ruanda millisində 20 matça çıxıb.
Qeyd edək ki, "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində"Şerif"lə qarşılaşacaq.