Liviya Milli Birlik Hökuməti (GNU) və Tunis hakimiyyəti iki ölkə sərhədində yerləşən və üç aydan çox bağlı qalan Ras Jdir keçid məntəqəsinin fəaliyyətini bərpa edib.
"Report"un məlumatına görə, bu barədə PNE sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayıb.
Açıqlamaya görə, keçid məntəqəsinin açılış mərasimində Tunisin daxili işlər naziri Xalid Nuri iştirak edib.
Ras Jdir sərhəd-keçid məntəqəsi mart ayında sərhədin Liviya tərəfində silahlı qruplarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalardan sonra təhlükəsizlik məqsədilə bağlanmışdı. Bu keçid məntəqəsi iki ölkə arasında mühüm sərnişin və ticarət yolu üzərindədir.
Tunis və Liviya arasında bu keçid məntəqəsinin açılmasını nəzərdə tutan təhlükəsizlik sazişi iyunun əvvəlində imzalanıb, lakin onun işinin bərpası texniki səbəblərdən bir neçə dəfə təxirə salınıb.