BMT-nin İnkişaf Proqramı “COP29-a doğru” maarifləndirici video seriyasının nümayişini davam etdirir. Bu təşəbbüsün məqsədi iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi üzrə məlumatlılığın artırılmasıdır.
QHT.az xəbər verir ki, BMTİP-nin ətraf mühit layihələri üzrə milli koordinatoru, iqlim dəyişikliyi və enerji səmərəliliyi üzrə ekspert və COP29 üzrə məsul şəxs olan Nazim Məmmədovun bu gün bəhs etdiyi mövzu istixana qazları və emissiyalar haqqındadır. Azərbaycan ətraf mühitin çirklənməsinə ən az səbəb olan ölkələr sırasındadır. BMT-nin İnkişaf Proqramı yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan hökumətinə öz texniki imkanlarını ortaya qoyaraq dəstək verməyə hazırdır.
Daha ətraflı videoda: