İsrailin maliyyə naziri Bezalel Smotriç hökuməti Qəzza zolağında hərbi administrasiya yaratmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, nazir bundan başqa Fələstin dövlətini birtərəfli tanıyan hər bir ölkənin acığına İordan çayının qərb sahilindəki yeni Fələstin torpaqlarında yəhudi məskənləri salmağı təklif edib.
Smotriç partiyasının toplantısındakı çıxışında Fələstin torpaqlarını qəsb edən israillilərin yaşadığı İordan çayının qərb sahilində Tel-Əvivin 5 qeyri-qanuni yaşayış məntəqəsinin birtərəfli qaydada qanuniləşdirilməsini gündəmə gətirib:
"Fələstin dövlətini təktərəfli tanıyan hər bir ölkə üçün yeni qəsəbə quracağıq. Beləliklə, İsrailin varlığını təhdid edəcək Fələstin dövlətinin qurulmasının səhvini göstərmiş olacağıq"