NASA "Hubble" və "Webb" teleskopunun köməyi ilə təxminən 6500 işıq ili uzaqlıqdakı nəhəng Qartal Nebulasının mərkəzində yerləşən "Yaradılış Sütunları"nın üçölçülü videosunu hazırlayıb.
Teleqraf.com xəbər verir ki, videonu hazırlayan alimlərin fikrincə, bu vizual iş tamaşaçılara ulduzun əmələ gəlməsinin necə baş verdiyi barədə ümumi fikir yaratmağa kömək edir.
"Yaradılış Sütunları" ilk dəfə 1995-ci ildə NASA-nın "Hubble" Kosmik Teleskopu tərəfindən çəkilmiş Qartal Dumanlığında yerləşən kosmik quruluşdur. Bu sütunlar ultrabənövşəyi şüalanma ilə formalaşan və tez-tez gənc ulduzların ətrafında əmələ gələn nəhəng qaz və toz buludlarıdır.
Yaradılış Sütunlarının ətraflı tədqiqi bizə ulduzların necə təkamül etdiyini anlamağa kömək edir.