NATO-nun yeni baş katibi Mark Rutte Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
14 ildir icra etdiyi vəzifədən istefa verən Mark Rutte yayımladığı 12 dəqiqəlik vida mesajında Ukraynaya dəstəyin vacibliyinə diqqət çəkib.
Vətəninfo.az xəbər verir ki, Ukraynada sülhün bərqərar olmasının Hollandiyanın təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu qeyd edən NATO baş katibi buna görə rəsmi Kiyevə dəstəyin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
“Ölkəmizin Aİ və NATO-ya inteqrasiyası şox əhəmmiyətlidir. Dünya xəritəsinə baxanda bunu açıq şəkildə görürük. Birlikdə daha güclüsünüz, tək olanda deyil”,-deyə Mark Rutte vurğulayıb.