"Avtomotoservis" ASC-nin səhmdarlarının təxirə düşən ümumi yığıncağı avqustun 8-nə təyin olunub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan yayıb.
Yığıncağın gündəliyi:
1. Səhmdar Cəmiyyətinin idarəetmə orqanının 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.
2. ASC-nin maliyyə durumu və dividendlərin bölgüsü.
3. Cəmiyyətin balansında olan inventarların təsdiq edilməsi.
4. Cari məsələlər.