BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Komitəsi bazar ertəsi Rusiyadan Avropa peyk sistemlərinin işinə müdaxiləni dayandırmağı tələb edib.
Herbiand.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Ukrayna, Fransa, Hollandiya, İsveç və Lüksemburq Rusiyanın davranışları ilə bağlı şikayət edib.
Bu ölkələr son aylarda GPS peyklərindən ciddi müdaxilələr yaşadıqlarını, xüsusən də təyyarələrin idarə edilməsinə müdaxilə edildiyini bildirib.
Bundan başqa, uşaq televiziya kanallarının yayımına müdaxilələr olub. Bu zaman Ukraynada müharibə zamanı qəddarlıq səhnələrinin nümayişi uşaq proqramlarının yayıməna düxil olub.
FHN qeyd edib ki, müdaxilə siqnalları Moskva, Kalininqrad və Pavlovka ərazilərində yerləşən yerüstü stansiyalardan ötürülür. Qurum bununla bağlı ciddi narahatlığını ifadə edərək, Rusiya Federasiyasını bu cür hərəkətləri dayandırmağa çağırıb.