EN

Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən Ehtiram səhhətindən DANIŞDI – VİDEO 

Əməkdar artist Ehtiram Hüseynov səhhətindən söz açıb. 

Bizim.Media-nın məlumatına görə, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi bildirib ki, həkim ona mütəmadi əllərini və barmaqlarını qatlayaraq məşq etdirməyi tapşırıb. 

“Həkimim tapşırıb ki, bekar qaldığımda əl hərəkətləri etmək lazımdır. Hər iki əlimin barmaqlarını qatlayıb, açmalıyam. Sol əlim sağa nisbətdə daha zəifdir”, - deyə Ehtiram vurğulayıb. 

Qeyd edək ki, E.Hüseynov uzun zamandır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. 
 

Rəşad Əliyev, Bizim.Media
Chosen
70
12
bizim.media

10Sources